Axtarılır...

Sevgililər Günü Mesajları - 2019

14 fevral tebrik mesajlari, sevgililer gunu sozleri, Sevgililər günü mesajları.

14 Fevral Sevgililər gününə xüsusi bir-birindən gözəl mesajları "statuslarim.com"  olaraq sizlər üçün yığdıq. Sevgililər günü təbrikləri ilə 14 Fevralda sevdiyiniz insanı xoşbəxt edin.


Sevgi mesajları

Sən ən böyük sevgini haqq edəcək qədər mükəmməl amma hər kəsin sevməyə layiq olmayacağı qədər xüsusisən.



Cütlük Mesajları

Bəzi sevgilər okean kimidir görməsən də sonunun bir yerdə bitdiyini bilərsən, okeanlar belə qısqanar sənə olan sevgimi. Görməsəm də sonunu bilirəm, sonsuza qədər bitməyəcək. Səni sevirəm!


Tebrik mesajlari

Bir damla göz yaşı olub, göz bəbəklərində dolub, yanaqlarından süzülüb, dodaqlarında ölmək istərdim .Sevgilimm...

14 Fevral mesajları

Səni hər düşünəndə ürəyimə bir ulduz çəkirəm. Mənim indi neçə ulduzum var, bilirsən? Mənim artıq bir səmam var.

Sevgi sözləri

Qəlbimdəki tək arzu, xəyalımda yeganə qadın, məni yaşadan tək duyğu sənsən Ürəyim...

Sevgililər günü

Ürəyin qədər əllərin də istidir sevgilim, əllərini tutanda qəlbim isinir. Sevgililər günümüz mübarək olsun eşqim.

Sevgililərə təbrik mesajları

Qəlbimin ən gözəl yerində, sən mənim həyatımın anlamısan. Ayırmasın bizi heç bir şey.
 Sevgililər günümüz mübarək olsun eşqim.

14 Fevral Sevgi sözləri

Yaxşı ki, mənim olmusan, yaxşı ki, sevmişəm səni. Hər şeyim, Sevgililər günümüz mübarək olsun...

Sevgilini Təbrik et

Aldığım hər nəfəsdə və atdığım hər addımda səni düşünürəm. Yaxşı ki, varsan, Əzizim. Sevgililər günümüz mübarək olsun...

Romantik sözlər

İstərəm ömrüm səninlə keçsin. Sevgililər günümüz mübarək olsun. Bu məhəbbətin sonu evlilik olsun.

Bilirsən hər göyqurşağının bitdiyi yerdə bir xəzinə saxlanarmış. 
Atalarımız belə deyərdi. Göyqurşağını izlədim bu yaxınlarda səndə 
bitdi... Ən qiymətli xəzinəmsən mənim, canımsan. Sevgililər günümüz 
mübarək. 

 

Ayrılıq kiçik sevgiləri öldürər amma böyük sevgiləri gücləndirər. 
Eynilə küləyin şamı söndürüb yanğını gücləndirdiyi kimi... Bizim də 
sevgimiz həmişə yaşayacaq və daha da güclənəcək sevgilim. Nəçə belə 
sevgililər günlərində birlikdə olmaq diləyiylə...


Sənə ulduzlar qədər yaxın olmaq istəyərdim hər baxdığında məni görə 
bilməyin üçün, sənə buludlar qədər yaxın olmaq istəyərdim 
kədərləndiyində gözyaşlarını yağış olub silə bilmək üçün, sənə sən qədər
yaxın olmaq istəyərdim ki məni, səni sevdiyim qədər sevə bilməyin üçün.
Sevgililər günün mübarək birdənəm.


Buludlara yüklədim həsrətimi, küləklərlə göndərdim sevgimi, yağışlar 
yağdırdım gözyaşlarımla kiçik mələklər göndərdim səni öpməyə! Sevgililər
günün mübarək Sevgilim!


Bilirsən hər göyqurşağının bitdiyi yerdə bir xəzinə saxlanarmış, atalarımız belə deyərdi. Göyqurşağını izlədim bu yaxınlarda səndə bitdi… Ən qiymətli xəzinəmsən mənim. Sevgililər günümüz mübarək

Məni qaranlıqdan aydınlığa, yalandan gerçəyə, ölümdən ölümsüzlüyə gətirdiyin üçün təşəkkür edirəm. Səni sevirəm

O qədər gözəlsən ki, üzünə baxa bilmirəm, titrəyir əllərim, əllərini tuta bilmirəm. Dolanıb qucaqlamaq gəlir içimdən qucaqlaya bilmirəm. Elə bağlanmışam ki, sənsiz dura bilmirəm. Yuxudan oyanınca insanı oyandığına peşman edən, geri dönmək istəyib də dönəməyincə çarəsiz qalan, həyatda bir dəfə görüləbilən şirin yuxumsan. Səni çox sevirəm, sevgililər günümüz mübarək

Bütün fəsilləri bir gündə, bütün illəri bir fəsildə yaşamağa razıyam səninlə. Neçə belə sevgililər gününü birlikdə keçirtmək arzusu ilə.


0 yorum:

Yorum Gönder