Axtarılır...

Ad Günü Təbrik Mesajları

Tebrik Mesajlari, Ad günü tebrik mesajlari


Statuslarim.com sevdiklərinizə, dostlarınıza, yaxınlarınıza göndərə biləcəyiniz təbrik mesajlarını, ad gününə aid yazılı şəkilləri sizlər üçün hazırladı. Həyatlarının ən xoş günündə onları bu gözəl mesajlarla sevindirin. 

Məhəbbət, sevgi, sədaqət, bu sözlərin hamısı sənə aiddir, hamısı səni xatırladır mənə. Ad Günün Mübarək Sevgilim.

Sevgilər tükənməz, nifrətlər unudular, amma sevgi həmişə böyüyər. Yaxşı ki, varsan, yaxşı ki, səni tanımışam. Ad Günün Mübarək olsun Sevgilim.

Gözəl gözlərin həmişə gülsün həyatda, hər şeyə baxmayaraq həmişə xoşbəxt ol. Səni sevirəm və yaxşı ki varsan.

Həyatın mənə verdiyi ən gözəl hədiyyə sənsən, yaxşı ki, varsan, neçə belə yaşlara...

Tebrik Mesajlari, Ad günü Təbrikləri

Yaxşı ki varsan, yaxşı ki səni tanımışam, həyatımın mənası səni sevirəm canım, uzun və xoşbəxt yaşa...

Yeni yaşında da həmişə olduğun kimi sevgi dolu, xoşbəxt və şən qal, hər şey ürəyincə olsun, Ad günün mübarək...

İnşAllah bütün həyatın boyu xoşbəxt olasan və arzularına çatasan. Neçə belə illərə...

Tebrik Statusları, Tebrik Mesajları


Yaşa. Sev və gül. Bunlar əskik olmasın həyatında. Yaşın neçə olursa olsun, xoşbəxt və şən yaşlara.

Ad günün mübarək olsun, sabah bu günündən daha yaxşı olsun.

Hər yeni yaşında daha gənc, hər yeni ilində daha xoşbəxt ol. Ad günün mübarək olsun.

Bir il daha bitdi, amma heç vaxt kədərlənmə zaman tez keçir deyə, Unutma ki hər kəs eyni şeyi yaşayır. Bu yaşının sonunda arxaya  baxdığında ümid edirəm "möhtəşəm bir ildi" deyərsən. Bütün arzularının gerçəkləşməsi diləyi ilə . Neçə belə illərə.

Tebrik Sözleri, Tebrik Statusları

İnsanın sirlərini deyəcəyi həqiqi dosta ehtiyacı olduğu bu günlərdə, sən həmişə yanımdasan. Bundan sonrada yanımda qal. Yaxşı ki varsan.

Həqiqi dost, həqiqi yoldaş və həqiqi bir sirdaş oldun mənə. Yıxılanda qaldırdın, gülərkən həmişə yanımda oldun. Mən də səninlə bir ömür paylaşmağı istəyirəm. Neçə belə illərə sevgilim. Ad günün mübarək olsun.

Ən pis davalarımızdan sonra belə həmişə güldük. Məni heç qırmadın. Məni heç kədərləndirmədin. Yaxşı ki varsan həyatım. Ad günün mübarək olsun. Xoşbəxt ol.

İnsanların arasında mənə ən yaxın, mənə ən çox dəyər verən şəxs. Sevgimizi hər şeyin üstündə tutan insan. Sən hər şeyin ən yaxşısına, sonuna qədər layiqsən. Ad günün mübarək olsun Sevgilim.

Hər bir insan bir ulduzdur.. O ulduzlardan biri də sənsən. İşığın heç sönməsin. Neçə belə xoşbəxt illərə.

Həyatımın bir hissəsi olduğun üçün çox xoşbəxtəm. Xoş illər!

Ad Günü Tebrik Statusları, Yazılı Şekiller

Həyatım, aldığım hər nəfəsdə və atdığım hər addımda səni düşünürəm. Neçə belə ad günlərində birlikdə olmaq arzusu ilə...

Səninlə elə bütünəm ki. Sən mənsən, məndə sənəm. Sənin ad günün mənimdə ad günümdür.. Yaxşı ki varsan yaxşı ki, mənimləsən!

Sən başıma gələn ən şirin bəlasan. Bundan sonrakı illərini mənimlə keçirmək arzusu ilə... sənli mənli neçə belə illərə sevgilim, səni sevirəm.

Ad Günü Mübarək Şekilleri, Ad Günün Mübarek


Sən Allaha dua edilən dilək, göylərə uzanan əllərimsən. Sən gözümdən süzülən yaş, tək düşüncəm, həsrətimsən. Sən yaşadığım ömür və ən gözəl günlərimsən. Ad günün mübarək olsun Sevdiyim...

Bu gün mənim hamıdan yaxşı tanıyan və məni sevməyi seçən insanı təbrik etməyim lazımdı. Mənə olan məhəbbətin və səbrin üçün təşəkkürlər Sevgilim... Həyatımda olduğun üçün çox şanslıyam.

Sevmək yaşamaqdırsa, səninlə yaşamağı istərdim, ayrı qalmaq darıxmaqdırsa yalnız səndən ayrı qalmaq istəmərəm hər zaman yanında olmaq istəyirəm. yaxşı ki varsan Sevdiyim...

Ad Günü Şəkilli Sözlər, Ad Günü Şekilleri


Sən həyata nə versən, həyat da sənə daha gözəlini verirmiş. Mən həyata nə verdim bilmirəm, amma mənə ummadığım qədər dəyərli olan səni verdi. Yaxşı ki, varsan yaxşı ki, mənimləsən. Hər şeyim səni çox sevirəm.

Canım sevgilim yaxşı ki varsan, səni ölümünə sevirəm, indi yanında deyiləm amma əmin ol qəlbimdə və ağlımdasan. Sənlə inşAllah bundan sonrakı ad günlərini birlikdə keçirmək diləyi ilə... Ad Günün Mübarək.



1 yorum:

  1. Mende tebirk edirem gozelimi yuz yaşasin <3:-*0:)@-}--:*):-)

    YanıtlaSil