Axtarılır...

Güldürən Sözlər


Rahatlıq və dinclik axtardığımız bu həyatımızda sizləri bir az gülümsədə bilmək üçün gülməli bir yazı hazırladıq. Bu səhifəmizdə gülümsədən qısa sözlər tapacaqsınız. Bu gülməli sözlər üzünüzü bir az gülümsədə bilərsə çox xoşbəxt olarıq. Bu səhifədə yer alan gülməli sözləri sevdiyiniz insanlara qısa mesajla göndərərək onların da təbəssüm etməsinə nail ola bilərsiniz. Bundan əlavə bu şən güldürən yeni sözləri twitter, Instagram və facebookda da paylaşa bilərsiniz. Bu səhifəyə ya da saytımızın digər səhifələrinə şərh yazaraq siz də gözəl sözlər və ya gülməli sözlər yollaya bilərsiniz.  



GÜLDÜRƏN QISA MƏZƏLİ SÖZLƏR

Həyat fəlsəfəm; Bir şeylər yolunda getmirsə, yolu günahlandır.


Evdə mübahisə etdikdən sonra pencəyini alıb evdən gedən həmişə kişi olur. Çünki qadın hansı pencəyini alacağına qərar verə bilməz.


Zamanla keçən yeganə şey yol avtobusu.


Ərəb kanalında matç izləyirəm şərhçi nə desə nənəm amin deyir.


Yanında olmayanı istəmək, səni sevməyəni sevmək, qoyub gedən üçün darıxmaq Tərs psixologiya bu qədər sıx bir intizamla işləməyə məcburdumu?


İnsanı 2 şey ayaqda tutar, biri sağ ayaq, biri sol ayaq. Gerisi hekayə


Psixoloqa gedib problemlərim var dedim ki, "Hansımızın problemi yoxdur ki, hamısı keçər" deyib göndərdi. İndi daha yaxşıyam. Peşəkar dəstəyi ayrı şeydi


Normal şərtlərdə yaxşı biriyəm də, şərtlər hər zaman normal deyil.


Dükanda pulum beş qəpik əysik çıxdı cibimdəki saqqızı verdim, çaşıb qaldı. Gün qisas günüdür satıcı dayı!


"Ağlıma gəlişini sevim demək istəyirəm amma getmirsən ki...


Çörəkçi istidi deyə, çörəyi əlində tullaya tullaya gətirəndə utanmırsan "millətin çörəyi ilə oynamağa?" deyib qaçdım


Son gülən sən olacaqsan, çünki gec başa düşürsən.


Aldığımız onluq qızılı qutusunda rahat etdirə bilmək üçün altına maçalka qoyan bir millətik.


Başım rahat etsin - deyirsinizsə, altına yastıq qoyun.

Qız olmuş 110 kilo, hələ də facede, twitterda keçmiş sevgilisinə söz atma səyində. Nədir nədir, intiqam soyuq yeyilən bir yeməkmiş. Bir o qaldı yemədiyin, ye onu da ye


Getdiyi üçün arxasınca üzüləcəyim tək şey, internet.


Bir-birini tanımayan iki insanın liftlə çıxarkən tutduğu ciddiliyi, nə and içmə mərasimində, nə bir iclasda nə də dəfndə tapmadım hacı.


Allahım! Özüm üçün heç bir şey istəmirəm. Yalnız anama pullu və gözəl bir gəlin qismət et.


Əli qaşınır pul gələcək, ayağı qaşınır yola gedəcəyəm, qulağı qaşınır biri məni xatırlayır... Qardaş kirlisəndə get bir yuyun. 


Artist deyiləm, amma möhtəşəm olmaq qanımda var.


Əslində hər şeyə verəcək bir cavabım var ancaq hadisə anında deyil, gecə yatarkən ağlıma gəlir


Mən səni sevmişəm deyə, sən də məni sevmək məcburiyyətində deyilsən düzdü. Amma ən azından bir dostunu düzəldə bilərdin. Çox ürəksizsən.


Dostuma "varlı olsan məni tanıyarsanmı" dedim ki, tanımıram dedi. Bax həqiqi dost, dürüst, səmimi... Məsələn, mən də onu tanımaram. Canım dostum mənim...

12 yorum:

  1. Uşaq vaxtı ailəmi vegeteriyan bilirdim sən demə kasıbmışıq.




    Əvvəllər bayramda gələn qonaqlar məktəbi filan soruşurdu, indi gələn kimi wifi şifrəsini soruşurlar.




    14 Fevralda nə edirdik ala qurbanmı kəsirdik papaqmı atırdıq.




    Dostuma "varlı olsan məni tanıyarsan?" deyirdim ki, tanımıram dedi.Bax həqiqi dost, dürüst, səmimi dost. Məsələn mən də onu tanımaram. Dostum mənim.




    Babam keçmiş sevgilisinə əsəbləşəndə göyərçini divara çırpırmış, əlbəttə o vaxtlar telefon yoxuydu.




    Biz uşaq vaxtı gizlənpaç oynayardıq, mən hamını tapardım. Xoşqədəm Hidayətqızı




    Bəzən hərşeydən qaçıb getmək istəyirəm. Sonra ağlıma Xoşqədəm gəlir :D




    Atam əlaçı ol kompüterini yeniləyəcəm dedi, məndə çox çalışdım oldum. Gəldi F5-ə basıb getdi.




    Evlənmə proqramları çox maraqlıdı. 60 yaşında xala elektrik ala bilmədim mən deyir. Məncə sən nəfəs aldığına dua et.




    Ağlayıram, sevgilim, ağlayıram əlimdə bıçaq ağlayıram düşünmə ki sənin üçün ağlayıram, mətbəxdə soğan doğrayıram.




    Qızlar məndən sizə bir məsləhət, sabah bir gün evləndikdə yad oğlu diplomunuza deyil, bişirdiyiniz plova baxır.




    Bir qızın çantasından çıxanlar ilə kimsəsiz adada həyatda qalmaq olar.




    Beyninə oksigen getsin deyə, başına deşik açmaq istədiyim insanlar var.



    Qızlar siz gedin mütləq sizi sevməyən oğlanı sevin. Birdən sizi sevən oğlanı sevib onunla xoşbəxt zad olarsızee nəyinizə lazım.




    Azərbaycanda avtomobil qəzalarından əvvəl ən çox deyilən söz:
    - Bax gör qaqan indi neyniyəcək




    Əgər bir gün "çox xoşbəxtəm, həyat çox gözəldi" filan yazsam, bilin ki, hesabım oğurlanıb.




    Ərəb kanalında futbola baxıram, şərhçinin hər sözünə nənəm Amin deyir :D




    Ən çətin hovuz məsələsi: 2 kran bir hovuzu 9 saatda doldurursa, sevgilisi ilə dava etmiş bir qızı ən yaxın dostu neçə saatda doldurar?




    Səhər min bir çətinliklə etdiyi makiyajı axşam heç tənbəllik etmədən silən bir varlıqdan bəhs edirik. Sizimi silməyəcək, güldürməyin bəylər.




    Dünən gecə səni o qədər axtardım ki, soyuq vücuduma toxunmağını o qədər istədim ki, yatağa çılpaq və sənsiz girmək məcburiyyətində qaldım! Hardaydın, mənim canım pijamam?




    Azərbaycanlı olmaq "Allah düşmənimə də göstərməsin" deyib düşməninə dua oxumaqdır.




    Məncə zəncilərdə "üzümüzü qara çıxartma" ifadəsi yoxdu :D




    Qızlar sənin şit zarafatlarına gülürlərsə deməli sən ya yaraşıqlısan, yadakı varlı.




    Mən heç anlamıramda madam ki, oxumağın yaşı yoxdu buraxın cavanlığımızı yaşayaq, gələcəkdə oxuyarıq




    Görməməzliyə vurmağı kim tapıbsa and olsun əla birşey edib.



    Həyat facebooka bənzəməz, Arxanca şərh edərlər, amma bildiriş gəlməz.




    Azərbaycanlı olmaq; qonaq gələn ailənin uşağına "sən burada qal bizim övladımız ol" deməkdir.




    Bir qadın hər zaman haqlıdır, amma xobbi kimi yenə də mübahisə edir.




    Telefonumuzu qorumaq üçün kabro alıb, həyatımızı qorumaq üçün avtomobildə təhlükəsizlik kəmərini taxmayan bir millətik.




    Gecə yeyilən yeməklər çəki artırır. Yaxşı bu yeməklər gecə olduğunu haradan anlayır?




    İnstagramda ayıb olmasın deyə izlədiyim insan tamamilə bir problem, ən çox şəkli onun paylaşması da ayrı bir məsələ.




    4-ci sinifə gedən uşağın əlində iPhone 7 var. Mən o yaşda Samsung`u şəhər bilirdim.




    Türk kanallarına baxırdım birində "En büyük aşklar kavgayla başlar" dedilər, çayçıdan bizim uşaqları yığdım gedirik indi qızı döyməyə.




    Mesajda görüldü işarəsindən sonra 5 dəqiqə içərisində cavab gəlmirsə, görülüb, amma vecləmir yazısı gəlməli.




    Kilo verərkən üzdən gedir, alanda qarından alırsan. WHERE IS THE ƏDALƏT?




    Mən oyaq olsamda alarm çalmadan heç vaxt yataqdan çıxmaram. Prinsip məsələsi.




    Bu istidə heç kəs heç kəsə qonaqlığa getməsin, dostum. Mənim evdə maykayla oturma haqqımı niyə əlimdən alırsan sən?




    Uşaq vaxtı "heyvanlarla danışa bilsəm nə maraqlı olardı" - deyə düşünərdim. Sən demə illərdir ünsiyyətdə olduğum bir sürü heyvan varmış.




    İmtahanda bildiyim sual çıxanda xoşbəxtlikdən həll etmirəm.



    YanıtlaSil