Axtarılır...
loading...

Gülməli Statuslar


Bu səhifəmizdə sizlər üçün ən gülməli, ən məzəli statusları paylaşmaq qərarına gəldik. Gülmək həyatımız boyu əl çəkməyəcəyimiz və hər nə olursa olsun hər mənada diqqət yetirməyimiz lazım gələn məsələlərdən biridir. Gülmək ömrü uzadır boşuna deyilməyib. Bəzən insanların üzündə təbəssüm yaratmaq üçün bir neçə yumoru çox güclü olan sözlər, statuslar belə yetərli ola bilər. Bu mənada internetdə o qədər gözəl gülməli sözlər var ki. Bizlərdə hər zaman olduğu kimi saytımızda sizlərə bu mənada ən yeni nümunələri təqdim etmək üçün əlimizdən gələni etdik. Əminik ki, paylaşdığımız gülməli statusları bəyənəcək və başqalarını da güldürmək üçün sosial şəbəkələrdə paylaşacaqsınız. 


  
                                      
Uşaq vaxtı ailəmi vegeteriyan bilirdim sən demə kasıbmışıq. 


  

Əvvəllər bayramda gələn qonaqlar məktəbi filan soruşurdu, indi gələn kimi wifi şifrəsini soruşurlar.


  

14 Fevralda nə edirdik ala qurbanmı kəsirdik papaqmı atırdıq. 


  

Dostuma "varlı olsan məni tanıyarsan?" deyirdim ki, tanımıram dedi.Bax həqiqi dost, dürüst, səmimi dost. Məsələn mən də onu tanımaram. Dostum mənim.


  

Babam keçmiş sevgilisinə əsəbləşəndə göyərçini divara çırpırmış, əlbəttə o vaxtlar telefon yoxuydu.


  

Biz uşaq vaxtı gizlənpaç oynayardıq, mən hamını tapardım. Xoşqədəm Hidayətqızı


  

Bəzən hərşeydən qaçıb getmək istəyirəm. Sonra ağlıma Xoşqədəm gəlir :D


  

Atam əlaçı ol kompüterini yeniləyəcəm dedi, məndə çox çalışdım oldum. Gəldi F5-ə basıb getdi.


  

Evlənmə proqramları çox maraqlıdı. 60 yaşında xala elektrik ala bilmədim mən deyir. Məncə sən nəfəs aldığına dua et.


  

Ağlayıram, sevgilim, ağlayıram əlimdə bıçaq ağlayıram düşünmə ki sənin üçün ağlayıram, mətbəxdə soğan doğrayıram.


  

Qızlar məndən sizə bir məsləhət, sabah bir gün evləndikdə yad oğlu diplomunuza deyil, bişirdiyiniz plova baxır. 


  

Bir qızın çantasından çıxanlar ilə kimsəsiz adada həyatda qalmaq olar. 


  

Beyninə oksigen getsin deyə, başına deşik açmaq istədiyim insanlar var.

  

Qızlar siz gedin mütləq sizi sevməyən oğlanı sevin. Birdən sizi sevən oğlanı sevib onunla xoşbəxt zad olarsızee nəyinizə lazım.


  

Azərbaycanda avtomobil qəzalarından əvvəl ən çox deyilən söz:
- Bax gör qaqan indi neyniyəcək


  

Əgər bir gün "çox xoşbəxtəm, həyat çox gözəldi" filan yazsam, bilin ki, hesabım oğurlanıb.


  

Ərəb kanalında futbola baxıram, şərhçinin hər sözünə nənəm Amin deyir :D


  

Ən çətin hovuz məsələsi: 2 kran bir hovuzu 9 saatda doldurursa, sevgilisi ilə dava etmiş bir qızı ən yaxın dostu neçə saatda doldurar?


  

Səhər min bir çətinliklə etdiyi makiyajı axşam heç tənbəllik etmədən silən bir varlıqdan bəhs edirik. Sizimi silməyəcək, güldürməyin bəylər.


  

Dünən gecə səni o qədər axtardım ki, soyuq vücuduma toxunmağını o qədər istədim ki, yatağa çılpaq və sənsiz girmək məcburiyyətində qaldım! Hardaydın, mənim canım pijamam?


  

Azərbaycanlı olmaq "Allah düşmənimə də göstərməsin" deyib düşməninə dua oxumaqdır. 


  

Məncə zəncilərdə  "üzümüzü qara çıxartma" ifadəsi yoxdu :D


  

Qızlar sənin şit zarafatlarına gülürlərsə deməli sən ya yaraşıqlısan, yadakı varlı.


  

Mən heç anlamıramda madam ki, oxumağın yaşı yoxdu buraxın cavanlığımızı yaşayaq, gələcəkdə oxuyarıq


  

Görməməzliyə vurmağı kim tapıbsa and olsun əla birşey edib. 

  

Həyat facebooka bənzəməz, Arxanca şərh edərlər, amma bildiriş gəlməz.


  

Azərbaycanlı olmaq; qonaq gələn ailənin uşağına "sən burada qal bizim övladımız ol" deməkdir.


  

Bir qadın hər zaman haqlıdır, amma xobbi kimi yenə də mübahisə edir.


  

Telefonumuzu qorumaq üçün kabro alıb, həyatımızı qorumaq üçün avtomobildə təhlükəsizlik kəmərini taxmayan bir millətik.


  

Gecə yeyilən yeməklər çəki artırır. Yaxşı bu yeməklər gecə olduğunu haradan anlayır? 


  

İnstagramda ayıb olmasın deyə izlədiyim insan tamamilə bir problem, ən çox şəkli onun paylaşması da ayrı bir məsələ.


  

4-ci sinifə gedən uşağın əlində iPhone 7 var. Mən o yaşda Samsung`u şəhər bilirdim. 


  

Türk kanallarına baxırdım birində "En büyük aşklar kavgayla başlar" dedilər, çayçıdan bizim uşaqları yığdım gedirik indi qızı döyməyə. 


  

Mesajda görüldü işarəsindən sonra 5 dəqiqə içərisində cavab gəlmirsə, görülüb, amma vecləmir yazısı gəlməli. 


  

Kilo verərkən üzdən gedir, alanda qarından alırsan. WHERE IS THE ƏDALƏT?


  

Mən oyaq olsamda alarm çalmadan heç vaxt yataqdan çıxmaram. Prinsip məsələsi.


  

Bu istidə heç kəs heç kəsə qonaqlığa getməsin, dostum. Mənim evdə maykayla oturma haqqımı niyə əlimdən alırsan sən? 


  

Uşaq vaxtı "heyvanlarla danışa bilsəm nə maraqlı olardı" - deyə düşünərdim. Sən demə illərdir ünsiyyətdə olduğum bir sürü heyvan varmış.


  

İmtahanda bildiyim sual çıxanda xoşbəxtlikdən həll etmirəm.


  

4 yorum: