Axtarılır...
Loading...

Söz Soxma Statusları

Bəzi sözlər vardır ki, oxunsun deyə yox toxunsun deyə yazılır. Bu səhifədə həmin sözləri, statusları tapa bilərsiniz. 


Oturub sənə şərəfin nə olduğunu izah edərdim amma itirdiyi bir şeyi dinləmək ağır gələr insana... 

Ey sevgili nədir üzündəki acı yoxsa qırılan xəyallarımmı batdı əlinə?

Mənə ürəyimdəsən demə sevgili, tünlük yerdə havam çatmır... 

Mən sənin "xoşbəxtliyini istəyirəm" dedi və dediyini etdi, aldı getdi.

Bu dünya səndən əvvəl də dönürdü, səndən sonra da dönəcək. Yəni səninlə bir şey dəyişmədiyi kimi, sənsiz də bir şey dəyişməyəcək.

Azan səsini sevirəm. Çalan musiqi susur, söyüş söyülmür, içki içən dayanır. Yəni 3 dəqiqə hər kəs insan olur.

Nə yarım qaldım səndən sonra, nə də yaralı, məni nə sən yıxa bilərsən, nə də ən kralı...

Bir az insan ol deyəcəm amma səni də çətin vəziyyətdə qoymaq istəmirəm.

İnsanlar ikiyə ayrılır. Su qədər lazımi olanlar, su qədər ucuz olanlar.


Varlığım barmağına "üzük" olmadı . Yoxluğum qulağına 'sırğa' olsun.

Sevgimi anlamadınmı gözlərimdəki yaşdan, atalarımız düz deyib eşşək nə anlar zəfarandan.

50 qəpiklik şokoladın verdiyi xoşbəxtliyi verə bilməyən insanlar var.

Əhvalım çox pisdi; bu səni sevirəmli hekayəni danış gülək biraz. 

Özümə yaraşanı sevərəm. Hər kəsə yapışanı deyil.

Boşuna kimsəni günahlandırmayın dostlarım! İstifadəçi xətası deyil, bəzilərinin doğuşdan defektdir ürəyi. 

Yanımda olması lazım olanlar onsuz da yanımdadı rədd olub gedənlər kimin vecinə... 

Adını facebook şifrəmə qoysam, qeyri-kafi xarakter deyəcək hələ danışır... 

Bəzi insanlar girdiyində otağı işıqlandırar, bəziləri çıxdığında... 

Tek bir diləyim var sadəcə nə yaşatdıysan mənə, səndə eynisini yaşa...

Parçaları itmiş puzzle kimisiniz. Kiminizin ağılı kiminizin ruhu kiminizin ürəyi yoxdu.

Qabına yeyə biləcəyin qədər yemək, həyatına sevə biləcəyin qədər insan al. Israfın lüzumu yoxdur.

Sənə dəyər verib eşqi tapacağıma X'ə dəyər verib Y'yi taparam daha yaxşı.

Bəzi insanların şəkillərinə baxıram, o qədər gözəldirlər ki; həmişə şəkillərdə qalsınlar istəyirəm. Çünki xarakterlər obyektivə girmir.

Bəzi insanlar ayaqqabı mağazası kimidi, hər nömrə var Allahaqqı.

"And içirəm" səndən başqasını sevmirəm demişdi. Nəysə yoldaşlar. Sonrakı "and" tüpürüb də yalayanlara gəlsin.

Bir qadının göz yaşının axmasına sadəcə soğan deyil, bir əclaf da səbəb ola bilər.

Böyük bir xəyal qırıqlığı yaşayıb, mən artıq kimsəni sevə bilmərəm demə. Unutma ki, ən gözəl çiçəklər qəbiristanlıqlarda yetişir.

Bir "artım" da bu insanlara gəlsə özlərini bu qədər "ucuza" satmasalar.

Onun kimilərini cibimdən çıxararam deyibsən. Dinlə, mən sənin kimilərini təsbehimə düzərəm tövbə tövbə deyib çəkərəm.

Danışdığın qədər şərəfli olsaydı hisslərin; şərəfini iki qəpiklik etməzdi seçimlərin.

İki dəqiqə insan ol desəm "neçə dəqiqəm qaldı?"deyə soruşacaq insanlar tanıyıram.

Çox çox danışmağa ehtiyac yoxdur əslində. Sən, məndən daha pislərinə layiqsən.

Deyib ki: "itirdiklərini görüb ağlasın". Dedim ki: "qazandıqlarımı görsən, dəyərinin olmadığını anlarsan."

Hər şeyi bilməyinə ehtiyac yoxdur həddini bil yetər.

İnanırsan səni heç unutmamışam? Yediyim salatda belə axtarıram. Bir xiyarın yoxluğu bu qədərmi hiss olunar)


3 yorum: